Address
Mərkəzi Bulvar / Ağ şəhər 7
Store hours
Monday-Friday
10:00-20:00
Saturday
10:00-20:00
Sunday
10:00-20:00
The easiest way to get the best and well known Korean beauty products.
BURADA TURŞULARI SEVƏNLƏR VAR?
Biz xanımlar, baxım rutinimizi turşularsız təsəvvür edə bilmərik.
Aktiv maddələrdən istifadə (turşular, retinol) həqiqətəndə sözün əsl mənasında dərini yeniləməyə imkan yaradır, acne, piqment ləkələr və erkən qırışlar kimi problemlərdən azad edir. "Aktivlər" başqa məhsulların gücsüz olduğu yerdə bizim köməyimizə çatırlar. Bunu hamı bilir.
İndi isə deyin görək, sizlərin "əvəz edici qulluq" barədə məlumatınız var? Bütün aktiv maddələr bu və ya başqa cür dərinin qoruyucu səthini zədələyirlər. Və bunun qarşısını dayandırmasaq bərpa etməsək, quruluq, qabıqlanma, qıcıqlanma və yüksək həssaslıq kimi fəsadlarla qarşılaşa bilərik. Bunun üçün də əvəz edici qulluq lazımdır.
Keramidlər - dərinin bərpası və qorunması üçün ən effektiv maddədir. Bu yapışqana bənzər maddə, yağlı turşularla birlikdə dəridə lipid baryerini yaradır. Dəridə üst təbəqə zədələndiyi zaman, boşluqlar keramidlərlə doldurulur, nəmliyi qoruyur və epidermisin yumşaqlığını qoruyur.
Dr.Jart'ın keramidin zərdabının tərkibində NP, NS, AP, AS, EOP, dəniz yosunu ekstraktı, zərçəfil, reyhan, artişok, evkalipt, kərəviz, berqamot, pantenol, hyaloron turşusu və beta-qlukan ekstraktları var.
Güçlü nəmləndirici qulluqla təmin edir, qidalandırır, dəri elastikliyini yüksəldir, yumşaqlığı və parlaqlığı qoruyur. Keramidlər bərpa edici prossesi sürətləndirir və epidermisin dərin qatlarında nəmliyi qoruyub saxlayır.
~
Cosmetic Corner Team
Cosmetic Corner MMC olaraq 2019-cu ildən sizlərin xidmətindəyik və gördüyümüz işdən böyük zövq alırıq. Fəaliyyətimizi kiçik bir komanda olaraq başladıq və sizlərin sayəsində böyüməyə davam edirik. Saytda təqdim etdiyimiz məhsulları özümüz bilavasitə Cənubi Koreyadan birbaşa idxal edirik və originallığına cavabdehlik daşıyırıq.
Store hours
Monday-Friday
10:00-20:00
Saturday
10:00-20:00
Sunday
10:00-20:00