Address
Mərkəzi Bulvar / Ağ şəhər 7
Store hours
Monday-Friday
10:00-20:00
Saturday
10:00-20:00
Sunday
10:00-20:00
The easiest way to get the best and well known Korean beauty products.
Manyo Bifida Biome Eye Cream bifidabakteriyalı cavanlaşdırıcı göz kremi dərini intensiv şəkildə bərpa edir və güclü qocalma əleyhinə təsir göstərir. Göz ətrafındakı qırışların və çatların əmələ gəlməsinin qarşısını alır, piqmentasiyanı yumşaq bir şəkildə bəyazlaşdırır.
Tərkibinə daxil olan bifidobakteriyalar sayəsində krem dərini hamar və bərabər edir, güclü bərpaedici və qoruyucu xüsusiyyətə malikdir.
Əsas aktiv maddələr:
Bifidobakteriyaların lizatı - bifidobakteriyaların lizatından biofraqmentasiya üsulu ilə alınan bioloji aktiv maddələr kompleksidir.
Ən güclü bərpaedici və qoruyucu xüsusiyyətlərə malikdir. Fibroblastların - birləşdirici toxumanın əsas hüceyrələrinin yayılmasını stimullaşdırır. Bu fakt kremin qırışları hamarlamaq, dərini yumşaq və bərabər etmək üçün əla qabiliyyətinin olmasını izah edir.
* Lactobakteriya bəyazlaşdırır, nəmləndirir, qızartıları aradan qaldırır, epidermisdə melanin istehsalını tənzimləyir, buynuz təbəqəni yumşaq şəkildə aşındırır və bərpa olunma proseslərini sürətləndirir.
* Keramidlər kompleksi dərinin yenilənməsini stimullaşdırır, qoruyucu və maneə funksiyalarını yaxşılaşdırır, hidrolipid balansı normallaşdırır, susuzlaşdırmadan qoruyur və cavanlaşdırıcı potensiala malikdir.
8 peptiddən ibarət kompleks hüceyrə sistemlərinin fəaliyyətini yüksək səviyyədə saxlayır. Qırışları hamarlaşdırır, üz konturlarını gücləndirir, ümumi dəri tonunu yaxşılaşdırır və kollagen liflərini gücləndirir.
* 8 növ hialuron turşusu kompleksi dəridə görünməz maneə yaradır, hansı ki, nəmin buxarlanmasının qarşısını alır, dərinin strukturunu yaxşılaşdırır, epidermisin regenerasiyasını təşviq edir, incə qırışları azaldır, dərini hamar və yumşaq edir.
* Adenozin liftjng-təsir göstərir, kollagen istehsalını artırır, qırışların sayını azaltmağa kömək edir və qocalma prosesini yavaşladır.
Quru, normal, qarışıq və həssas dərilər üçün uyğundur
İstifadə qaydası: Lazım olan miqdarda kremi barmaqlarınızın ucu ilə göz ətrafına çəkin.
Омолаживающий крем для век с бифидобактериями Manyo Bifida Biome Eye Cream интенсивно восстанавливает кожу и оказывает мощное антивозрастное действие.
Cosmetic Corner Team
Cosmetic Corner MMC olaraq 2019-cu ildən sizlərin xidmətindəyik və gördüyümüz işdən böyük zövq alırıq. Fəaliyyətimizi kiçik bir komanda olaraq başladıq və sizlərin sayəsində böyüməyə davam edirik. Saytda təqdim etdiyimiz məhsulları özümüz bilavasitə Cənubi Koreyadan birbaşa idxal edirik və originallığına cavabdehlik daşıyırıq.
Store hours
Monday-Friday
10:00-20:00
Saturday
10:00-20:00
Sunday
10:00-20:00